عربي
Ministry Website
The embassy of Jordan in Baku

İordaniyanın Səfiri Cənab Ömər Bərəkət Əl-Nahar Azərbaycan Dövlət Turizm Agentliyinin sədri ilə görüşüb

İordaniyanın Səfiri Cənab Ömər Bərəkət Əl-Nahar Azərbaycan Dövlət Turizm Agentliyinin sədri ilə görüşüb

İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli Səfiri Cənab Ömər Bərəkət Əl-Nahar Dövlət Turizm Agentliyinin (DTA) Sədri cənab Fuad Nağıyev ilə görüşüb.

Görüşdə Azərbaycan və İordaniya arasında qarşılıqlı turist səfərlərinin sayının artırılması, turizm əlaqələrinin genişləndirilməsi, əməkdaşlıq perspektivləri müzakirə edilib.

Birbaşa aviareyslərin açılması və iki ölkə arasında mövcud uçuşların artırılması istiqamətində səylərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Turizm əlaqələrinin gücləndirilməsi üçün yol xəritəsi üzərində işləmək əsas mövzu olub.